Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar"

Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar"

BİZNES
580

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr arasında yerli valyutalarla ticarəti genişləndirmənin mümkün olduğunu bildirib.

 "Demirören" xəbər agentliyinin verdiyi məlumata görə, R. Pekcan deyib ki, milli valyutalarla ticarət beynəlxalq ticarəti asanlaşdırır.

Türk Şurasının COVID-19 pandemiyası dönəmini izlədiyini deyən nazir onu da bildirib ki, pandemiyadan sonra da üzv ölkələr arasında yerli milli valyutalarla ticarətin aparılması iş adamlarının xarici valyuta ilə ticarətindəki problemləri aradan qaldıra bilər.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar" — Fins.az — Fins.az