Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 % artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 % artıb

BİZNES
339

Fins.az - 2026-cı ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında uçotda olan vergi ödəyicilərinin sayı 54.869 nəfər təşkil edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz artıb. Bu dövrdə fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 5 faiz artım göstərib.

Məlumata görə, qeydiyyatda olan kommersiya qurumlarının sayı da artım nümayiş etdirib. Belə ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 14,3 faiz artaraq 1.815 vahidə çatıb.

Eyni zamanda, 2026-cı ildə kommersiya qurumlarının qeydiyyatında elektron xidmətlər üstünlük təşkil edib. Belə ki, qeydiyyatın 84,1 faizi elektron qaydada, 15,9 faizi isə kağız daşıyıcılar üzərindən həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 % artıb — Fins.az — Fins.az