Naxçıvanda sənaye istehsalı və nəqliyyat göstəriciləri artıb

Naxçıvanda sənaye istehsalı və nəqliyyat göstəriciləri artıb

BİZNES
264

Fins.az - 2026-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivlik müsbət dinamika nümayiş etdirib.

Rəsmi göstəricilərə əsasən, sənaye məhsulu istehsalının həcmi 178,3 milyon manat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% artım deməkdir. Sənaye istehsalında malların payı 85,4%, xidmətlərin payı isə 14,6% təşkil edib.

Nəqliyyat sektorunda da artım qeydə alınıb. Yanvar-aprel aylarında muxtar respublikada 2 272 500 ton yük daşınıb ki, bu da 1,1% artım deməkdir. Eyni dövrdə sərnişin daşınması 15 174 500 nəfərə çataraq 0,9% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda sənaye istehsalı və nəqliyyat göstəriciləri artıb — Fins.az — Fins.az