
Naxçıvanda sənaye istehsalı artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında sənaye istehsalının həcmi artım nümayiş etdirib.
Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə Naxçıvanda 178,271 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % artım deməkdir.
Bununla yanaşı, Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 21 milyard 120,4 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 % artıb.
Məlumata görə, qeyri-neft-qaz sənayesi üzrə istehsalın dəyəri 7 milyard 92,2 milyon manat təşkil edib və bu sahədə 7,2 % artım qeydə alınıb.