
Naxçıvanda kənd təsərrüfatı istehsalı artıb
2026-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulu istehsalının ümumi həcmi 63,4 milyon manat təşkil edib.
Fins.az-ın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artım deməkdir.
Hesabat dövründə istehsalın strukturunda əsas pay heyvandarlıq sahəsinə düşüb. Belə ki, ümumi istehsalın 59,0 milyon manatı heyvandarlıq məhsullarının, 4,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.