Naxçıvanda inflyasiya göstəricisi 9 %-i ötüb

Naxçıvanda inflyasiya göstəricisi 9 %-i ötüb

BİZNES
490

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi artım nümayiş etdirib.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə Naxçıvanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Naxçıvanda istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % təşkil etmişdi.

Bununla yanaşı, Azərbaycanda istehlak qiymətləri indeksi yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.

Ölkə üzrə yanvar-mart aylarında isə istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7 % səviyyəsində qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda inflyasiya göstəricisi 9 %-i ötüb — Fins.az — Fins.az