
Naxçıvanda “ƏDV geri al” mexanizmi çərçivəsində geri qaytarılan məbləğ 29,9% artıb
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” mexanizmi çərçivəsində istehlakçılara 4,4 milyon manatdan çox ƏDV geri qaytarılıb. Dövlət Vergi Xidmətinin açıqlamasına görə, bu dövrdə 314,6 min manatlıq ƏDV qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur.
“ƏDV geri al” mexanizmi pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konsertləri sahəsində göstərilən xidmətlərə, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin təqdim etdiyi tibbi xidmətlərə tətbiq olunur.
1 mart 2026-cı il tarixinə muxtar respublikada onlayn nəzarət-kassa aparatlarının sayı 3.302 ədəd olub. Yeni nəsil NKA-ların istifadəsi malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaradıb.
2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,6 milyon manata çatıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat və ya 29,4% çoxdur. Layihənin icrası müddətində istehlakçılara qaytarılan ƏDV məbləği 4,4 milyon manatdan artıq olub.