
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 1,1% çoxalıb
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında (MR) ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 361 857,8 min manat təşkil edib.
Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artaraq 786,8 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin ilk iki ayında sənaye üzrə 175 957,0 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini 1,1% üstələyib.
(c)APA