Naxçıvan iqtisadiyyatı bu ilin ilk dörd ayında artım göstərib

Naxçıvan iqtisadiyyatı bu ilin ilk dörd ayında artım göstərib

BİZNES
375

2026-cı ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasında iqtisadi artım dinamikası davam edib və əsas makroiqtisadi göstəricilərdə müsbət nəticələr qeydə alınıb.

Fins.az xəbər verir ki, 2026-cı ilin yanvar–aprel ayları ərzində Naxçıvanda ümumi daxili məhsul (ÜDM) istehsalı Naxçıvan Muxtar Respublikası üzrə 514,2 milyon manat təşkil edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 3,7 faiz artıb.

Bundan əlavə, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,9 milyon manat olub.

İnvestisiya göstəricisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artım nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvan iqtisadiyyatı bu ilin ilk dörd ayında artım göstərib — Fins.az — Fins.az