
Naxçıvan iqtisadiyyatı 1% böyüyüb
Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 173,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2% artaraq 376 manat olub.
Aylıq ÜDM-in təxminən 54%-i, yaxud 93,7 milyon manatlıq hissəsi sənaye sektorunda istehsal olunub.