MSC: Orta Dəhliz Asiya–Avropa ticarətində əsas arteriyaya çevrilib

MSC: Orta Dəhliz Asiya–Avropa ticarətində əsas arteriyaya çevrilib

BİZNES
116

Son illərdə Orta Dəhliz Asiya ilə Avropa arasında mühüm nəqliyyat arteriyasına çevrilib və Mərkəzi Asiya ölkələri, beynəlxalq yükdaşıyanlar və logistika operatorları tərəfindən bu marşruta maraq əhəmiyyətli dərəcədə artıb.

Fins.az xəbər verir ki, bu barədə MSC (Mediterranean Shipping Company) şirkətinin Azərbaycan üzrə meneceri Hüseyn Ramazanov Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Çin və Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən bu marşrut son illərdə mühüm transformasiya mərhələsindən keçib və hazırda region ölkələri, eləcə də beynəlxalq biznes dairələri tərəfindən daha çox diqqət cəlb edir.

H.Ramazanov qeyd edib ki, Mərkəzi Asiya ölkələri Orta Dəhlizi ixracın inkişafı və qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün strateji alət kimi qiymətləndirirlər.

O vurğulayıb ki, marşrutun potensialının daha da reallaşdırılması üçün nəqliyyat proseslərinin təkmilləşdirilməsi, multimodal daşımaların inkişafı, logistikanın rəqəmsallaşdırılması və nəqliyyat zəncirinin iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu Bakıda keçirilən “TransLogistica Caspian 2026” sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı logistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MSC: Orta Dəhliz Asiya–Avropa ticarətində əsas arteriyaya çevrilib — Fins.az — Fins.az