
MKSİF Ramanada məcburi köçkün ailələri üçün uşaq bağçası və klubun tikintisinə 5mln manat pul yönəldəcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün bir sıra obyektlərin tikintisinnə 4 milyon 856,645 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, "BAKİNŞAAT GROUP" MMC ilə 280 yerlik uşaq bağçasının tikintisinə dair müqavilə imzalanb. Müqavilənin dəyəri - 3 milyon 801,4 min manatdır.
“AZERTİKİNTİ-M” MMC ilə klub-icma mərkəzinin və inzibati binasının tikintisinə dair müqavilə baölanıb. Müqavilənin dəyəri – 1 milyon 55,244 min manatdır.