Mikayıl Cabbarovdan Qətər şirkətləri ilə bağlı AÇIQLAMA

Mikayıl Cabbarovdan Qətər şirkətləri ilə bağlı AÇIQLAMA

BİZNES
381

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.

Fins.az xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

M. Cabbarov bildirib ki, görüşdə ölkələr arasında ikitərəfli iqtisadi əlaqələr dəyərləndirilib, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik”, - deyə nazir qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikayıl Cabbarovdan Qətər şirkətləri ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az