Mikayıl Cabbarov: “Ölkədə kölgə iqtisadiyyatının həcmi azalıb”

Mikayıl Cabbarov: “Ölkədə kölgə iqtisadiyyatının həcmi azalıb”

BİZNES
310

Bakı 23 dekabr Fins.az

“Qeyri-neft sektoru üzrə daxilolmalarının artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının da vergi sisteminə daxil olmasıdır”.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu da ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olub: “2020-ci ildə ilin əvvəlindən qeyri-neft sektoru, özəl sektorda yeni müqavilə ilə işəgötürmələrin sayı 84 mindən çoxdur”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikayıl Cabbarov: “Ölkədə kölgə iqtisadiyyatının həcmi azalıb” — Fins.az — Fins.az