Mikayıl Cabbarov “Japan Tobacco International” şirkətinin rəsmisi ilə görüşüb

Mikayıl Cabbarov “Japan Tobacco International” şirkətinin rəsmisi ilə görüşüb

BİZNES
329

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviçlə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikayıl Cabbarov “Japan Tobacco International” şirkətinin rəsmisi ilə görüşüb — Fins.az — Fins.az