
Mikayıl Cabbarov II Xəzər İqtisadi Forumu dəyirmi masada çıxış edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov II Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər regionu Böyük Avrasiya tərəfdaşlığının tərkib hissəsi kimi: yeni çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.
“Fins.az" xəbər verir ki, nazir çıxışı zamanı Xəzəryanı ölkələr arasında enerji, nəqliyyat, logistika, sənaye kooperasiyası, insan kapitalı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

