Mikayıl Cabbarov əmək müqaviləsiz məşğulluqla bağlı nəticələri açıqlayıb

Mikayıl Cabbarov əmək müqaviləsiz məşğulluqla bağlı nəticələri açıqlayıb

BİZNES
126

Fins.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində “kölgə” iqtisadiyyatı və qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində görülən tədbirlərdən danışıb.

Nazir qeyd edib ki, xüsusilə əmək müqaviləsi olmadan çalışan və sosial müdafiə sistemindən kənarda qalan vətəndaşların vəziyyəti daim diqqətdə saxlanılıb. Onun sözlərinə görə, bu məsələlər gələcəkdə vətəndaşların pensiya hüquqlarının təmin olunması və sosial müdafiə sisteminin dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Mikayıl Cabbarov bildirib ki, ən mühüm nəticələrdən biri 2019-cu ildən 2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad edilməsi mexanizmi olub.

Nazir vurğulayıb ki, bu mexanizm çərçivəsində əldə edilən nəticələr gözləntiləri də üstələyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikayıl Cabbarov əmək müqaviləsiz məşğulluqla bağlı nəticələri açıqlayıb — Fins.az — Fins.az