
Məşhur bazar ikinci dəfə yandı: Nazir hadisə yerində - Video
Bakı şəhərinin Binəqədi rayonunda "Avrohom" (EuroHome) tikinti materialları bazarı ərazisində yanğın olub
Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.
Binəqədi rayonunda yerləşən "Avrohom" tikinti materialları bazarında baş verən yanğın söndürülüb.Alovun qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən alınıb.

Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.