
Məhsullar nə qədər bahalaşıb ?
Pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2 faiz və 4,0 faiz artıb
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildirilir ki,pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 39,4 milyard manata bərabər olub.
Qeyd olunur ki, ticarət dövriyyəsinin 20,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Müəllif: Aynur Qəniyeva