Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

BİZNES
1,108

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il sentyabr ayının qiymət indeksini açıqlayıb.

Son açıqlamaya görə, “Veysəloğlu Pərakəndə İndeksi” 114,5% təşkil edib. Bu indeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 14,5% qiymət artımı müşahidə olunub. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin sentyabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin sentyabr ayına nisbətən 20,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin sentyabr ayına nisbətən 21,6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 22,2% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 8,1% artım izlənilib.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Aylar üzrə ümumi qiymət dəyişikliyi:

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA — Fins.az — Fins.az