Məhkəmə qərarından sonra Türkiyə fond bazarı 6 faizdən çox ucuzlaşıb

Məhkəmə qərarından sonra Türkiyə fond bazarı 6 faizdən çox ucuzlaşıb

BİZNES
918

Fins.az - Türkiyənin fond bazarında kəskin eniş qeydə alınıb.

Buna səbəb məhkəmənin ölkənin əsas müxalifət partiyasının liderinin partiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı qərarı olub.

Ticarət sessiyasının yekununda Borsa Istanbul 100 indeksi 6,1 faiz aşağı düşüb. Kəskin ucuzlaşma səbəbindən birja ticarəti müvəqqəti dayandırılıb.

Eyni zamanda, Türkiyənin dövlət borcu üzrə beşillik kredit defolt svopları 12 baza bəndi artaraq 253 baza bəndinə çatıb.

Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi isə cüzi dəyişərək 1 dollar üçün 45,6 lirə səviyyəsinə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məhkəmə qərarından sonra Türkiyə fond bazarı 6 faizdən çox ucuzlaşıb — Fins.az — Fins.az