"Masdar" Azərbaycanda 1 GVt-dan çox gücə malik layihələr həyata keçirir

"Masdar" Azərbaycanda 1 GVt-dan çox gücə malik layihələr həyata keçirir

BİZNES
56

Azərbaycan enerji keçidində regional mərkəzə çevrilə bilər

Azərbaycan regional enerji bağlantılarının inkişafında mühüm rol oynaya, eyni zamanda enerji keçidinin uğurlu nümunəsi kimi çıxış edə bilər.

Fins.az xəbər verir ki, bu fikirləri "Masdar" şirkətinin Biznesin və Layihələrin İnkişafı üzrə direktoru Abdullah Zaid Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan regionda və onun hüdudlarından kənarda enerji bağlantılarının təmin olunmasında strateji əhəmiyyət daşıyır və bərpa olunan enerji layihələrinin inkişafı üçün mühüm platformaya çevrilə bilər.

Abdullah Zaid bildirib ki, ölkə iri həcmli yaşıl enerji layihələrinin reallaşdırılması və qarşılıqlı enerji əlaqələri çərçivəsində elektrik enerjisinin ixracı üçün regional mərkəz rolunu oynamaq potensialına malikdir.

"Masdar" rəsmisi qeyd edib ki, Azərbaycanın geniş torpaq ehtiyatları, günəş və külək enerjisi istehsalı üçün əlverişli təbii şəraiti, həmçinin sabit və proqnozlaşdırıla bilən tənzimləyici mühiti bərpa olunan enerji sektoruna xarici investorların və beynəlxalq inkişaf şirkətlərinin marağını artırır.

Onun sözlərinə görə, bu amillər Azərbaycanın yaşıl enerji sahəsində regional liderlərdən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Abdullah Zaid əlavə edib ki, "Masdar" Azərbaycanda yerli tərəfdaşlarla, o cümlədən SOCAR Green ilə birgə ümumi gücü 1 GVt-dan çox olan layihələr həyata keçirir.

Bildirilib ki, həmin layihələr müxtəlif mərhələlərdədir və onların bir hissəsi artıq istismardadır, digər hissəsi isə aktiv inkişaf mərhələsindədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Masdar" Azərbaycanda 1 GVt-dan çox gücə malik layihələr həyata keçirir — Fins.az — Fins.az