
Mağazanın “unikal” kahısından görün nə çıxdı
"Baku Fruit Company” mağazası yuyulmuş göyərti adı ilə vətəndaşlara çirkli göyərti satır.
Bu barədə jurnalist Cavid Nemətzadə Feysbuk hesabında qeyd edib.
O bildirib ki, mağazanın 4 mərhələli şəkildə yuyulmuş tərəvəz adı ilə satdığı kahının içindən ibliz çıxıb.
“Mənə elə gəlir ki, bu kahı 4 mərhələnin heç 1 mərhələsindən belə keçməyib”, - jurnalist yazıb.
Qeyd edək ki, sözügedən mağaza ölkəmizdə bir çox restoranları, otelləri və marketlər şəbəkəsini meyvə-tərəvəzlə təmin edir.

