Macarıstan şirkəti AÇG-də hasilatı artırıb

Macarıstan şirkəti AÇG-də hasilatı artırıb

BİZNES
350

Macarıstanın MOL Group şirkəti Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağında hasilat göstəricilərini 2026-cı ilin birinci rübü üzrə açıqlayıb.

Fins.az şirkətin məlumatına əsasən xəbər verir ki, MOL Group-un AÇG yatağında xam neft hasilatı 2026-cı ilin I rübündə günə 13 100 neft ekvivalenti barelinə (boepd) çatıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,6% artım deməkdir (12 400 boepd).

Bununla belə, hasilat 2025-ci ilin IV rübü ilə müqayisədə 13,8% azalıb. Belə ki, əvvəlki rübdə göstərici 15 200 boepd təşkil edib.

2025-ci ilin yekunlarına əsasən, MOL Group-un AÇG yatağındakı orta illik hasilatı 13 400 boepd olub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 12 700 boepd təşkil edib və illik artım 5,5% qeydə alınıb.

bp-nin son məlumatlarına görə, 2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ümumi hasilat gündə orta hesabla 325 000 barel olub. Bu, ümumilikdə təxminən 29 milyon barel və ya 4 milyon ton neft deməkdir.

Müqayisə üçün, 2025-ci ilin birinci rübündə AÇG üzrə gündəlik hasilat 331 min barel təşkil etmişdi. Beləliklə, ümumi hasilat illik müqayisədə 1,8% azalıb.

AÇG yatağında hasilat göstəriciləri platformalar üzrə belə bölünüb: Çıraq – 19 500 b/g, Mərkəzi Azəri – 89 800 b/g, Qərbi Azəri – 74 800 b/g, Şərqi Azəri – 43 900 b/g, Dərinsulu Günəşli – 47 700 b/g, Qərbi Çıraq – 22 600 b/g və ACE – 26 700 b/g.

AÇG layihəsində iştirak payları isə belədir: bp (operator – 30,37%), SOCAR (35,30%), MOL Group (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstan şirkəti AÇG-də hasilatı artırıb — Fins.az — Fins.az