Levi Strauss gəlirlərini 6% artırdı

Levi Strauss gəlirlərini 6% artırdı

BİZNES
430

Finss.az - ABŞ-n cins geyim istehsalçısı Levi Strauss & Co. 2025-ci ilin ikinci maliyyə rübündə gəlirlərini 6% artıraraq 1,446 milyard dollara çatdırıb.

Şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 67 milyon dollar olub.

Tənzimlənmiş mənfəət səhmə 0,22 dollar təşkil edərək bazar gözləntilərini (0,13 dollar) əhəmiyyətli dərəcədə üstələyib. Şirkət cari maliyyə ili üçün gəlirlərdə 1-2%, tənzimlənmiş mənfəətdə isə səhmə 1,25-1,3 dollar aralığında artım proqnozunu yeniləyib.

Levi Strauss üçüncü maliyyə rübündə gəlirlərini 3-4%, tənzimlənmiş mənfəətini isə səhmə 0,28-0,3 dollar səviyyəsində artım gözləyir. Dividendlər səhmə 0,14 dollara yüksəldilib.

Şirkətin bazar kapitallaşması ilin əvvəlindən 14,1% artaraq 7,8 milyard dollara çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Levi Strauss gəlirlərini 6% artırdı — Fins.az — Fins.az