“Microsoft” idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində iş yerlərinin 3%-ni ixtisar edəcək

“Microsoft” idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində iş yerlərinin 3%-ni ixtisar edəcək

BİZNES
538

Finss.az xəbər verir ki, Amerikanın İT nəhəngi Microsoft korporasiyası işçilərinin 3%-ni ixtisar etməyi planlaşdırır. Bu barədə CNBC şirkət nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

İxtisarlar bütün səviyyələrdə olan bütün şöbələrə və işçilərə təsir edəcək.

Microsoft-un Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi illik hesabata görə, şirkətdə ötən ilin iyun ayının sonunda 228 min nəfər, o cümlədən 126 mini ABŞ-da işləyirdi. Beləliklə, təxminən 6,8 min işçi ixtisara məruz qala bilər.

“Microsoft” nümayəndəsi izah edib ki, ixtisarlar konkret işçilərin fəaliyyəti ilə bağlı olmayacaq və digər məsələlərlə yanaşı, şirkətin idarəetmə strukturunun optimallaşdırılmasına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Microsoft” idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində iş yerlərinin 3%-ni ixtisar edəcək — Fins.az — Fins.az