“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə neft və qaz hasilatı açıqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə neft və qaz hasilatı açıqlanıb

BİZNES
240

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara verildikdən bu yana, 1 yanvar 2026-cı il tarixinədək Azərbaycanda neft və qaz hasilatı 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) və 508,6 milyard kubmetr təbii qaz səviyyəsinə çatıb.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, hasilatın bölgüsü belə olub: AÇG-dən 617,8 milyon ton neft və 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat və 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə ümumilikdə 668,3 milyon ton neft və 191,2 milyard kubmetr qaz ixrac edilib.

2025-ci ilin operativ məlumatlarına görə, həmin il Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil olunub. Bunun 16,2 milyon tonu AÇG-nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Eyni dövrdə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasilatı qeydə alınıb. Hasilatın 14,1 milyard kubmetri AÇG-nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə neft və qaz hasilatı açıqlanıb — Fins.az — Fins.az