
Laqard Avropanı enerji asılılığını azaltmağa çağırıb
Fins.az - European Central Bank rəhbəri Christine Lagarde Avropanı idxal olunan enerji resurslarından asılılığı azaltmağa çağırıb.
Onun sözlərinə görə, İranda baş verən müharibə fonunda neft və qaz qiymətlərinin artması Avropa üçün ciddi siqnal olmalıdır.
Laqard bildirib ki, hazırda Avropa ölkələri enerji tələbatının təxminən 60 faizini xarici mənbələr hesabına qarşılayır və bu vəziyyət “açıq şəkildə dayanıqlı deyil”.
O vurğulayıb ki, enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ mənbələrin inkişafı və daxili istehsalın artırılması vacibdir.