
Kraft Heinz iki müstəqil şirkətə bölünəcək
Finss.az xəbər verir ki, American Kraft Heinz Co. iki müstəqil ictimai şirkətə bölünəcəyini açıqlayıb.
Press-relizə görə, Global Taste Elevation Co. sous istehsalına fokuslanacaq və Heinz, Philadelphia və Kraft Mac & Cheese kimi markaları idarə edəcək. İkinci şirkət, North American Grocery Co., Kraft Singles, Oscar Mayer və Lunchables brendlərini istehsal etməyə davam edəcək.
Birinçi bölmənin 2024-cü il satışları təxminən 15,4 milyard dollar (75%-i souslardan), ərzaq biznesi isə təxminən 10,4 milyard dollar dəyərində qiymətləndirilir.