
Koronovirusun iqtisadi təsirləri - ekspert AÇIQLAYIR
Artıq qonşu İran İslam Respublikasında aşkarlanan koronovirusun yayılması, ilə bağlı iqtisadçı -eksper Elman Sadıqov virusun ölkəmizə təsirləri ilə bağlı açıqlama verib.
O bildirib ki, bu məsələ dünya ictimaiyyətini daha çox narahat edir. Səbəbləri:
- koronovirus əhalinin sıx toplaşdığı yerlərdə daha sürətlə və toplu şəkildə həndəsi silsilə ilə yayılır. Cənubi Koreyada koronovirus bir dini cərəyanın üzvləri arasından yayılmışdır. Birlikdə dini ayinlərin icrası zamanı toplu yoluxma baş verib. İranda da (məsələn, Məşhəd) əhainin kütləvi yığışdığı ziyarətgahlar vardır. Həmin ziyarətgahlara gedənlərin bir çoxu İraqdakı ziyarətgahlara (məsələn, Kərbəla) da üz tuturlar. Yəni, iranda bu səbəblərdən koronovirusun daha sürətlə və toplu şəkildə yayılma təhlükəsi qat-qat çoxdur;
- İran Çində görülən tədbirlər qədər sərt və qəti tədbirlər görmür;
- hər hansı bir yeni ölkədə virus daha sürətlə yayılır. Əsas səbəb odur ki, ölkə ərazisində koronovirusun yayılmayacağına arxayınlıq olur (Çində də koronovirus sentyabrdan yayılmağa başlamışdır. Lakin, ölkədə panika yaratmamaq üçün hətta bu virusun təhlükəli olması barədə rəy yürüdən həkimləri məsuliyyətə cəlb etmişlər).
- ölkəyə ilk dəfə virusu gətirən şəxsi şərti olaraq "sıfır pasient" adlandırılır. Bu pasient məlum olduqda tədbirlərin görülməsi nisbətən rahatdır. Bir neçə yoluxmadan sonra bu pasientin izi itərsə, bilinməzsə daha sürətli yayılma baş verir. İtaliya hazırda bu problemlə üz-üzədir;
- virusun Çində yayılma sürəti (qeyd edirəm ki, sürəti) azalmaqdadır. Lakin, digər ölkələrdə qeyd etdiyim səbəblərdən yayılma daha sürətlə gedir;
- virusun vaksini Avstraliya və Kanadada hazırlanıb. Sınaq testlərindən sonra tətbiqi planlaşdırılır;
- fevral ayında Çində pik həddinə çatan virus mart ayında digər ölkələrdə də sürətlə yayıla bilər. Lakin, aprel ayına böyük ehtimalla qarşısı alınacaq. Məhz bu 2 ay ərzində hər bir ölkə özünü maksimum qorumağı bacarmalıdır;
- koronovirusa görə hər hansı bir ölkə ilə sərhədin bağlanmasına heç bir siyasi rəng verilə bilməz. Anlaşılandır. Bu səbəbdən (xüsusilə, qonşularında koronovirus olan) ölkələr öz sərhədlərini bağlamağa başlayıb;
- xüsusilə yayılma riski olan ölkələrdə panika, ajiotaj, statistik rəqəmlərə əsaslanmaq (demək olar ki, bütün statistik rəqəmlər əslində doğru deyil) və narahatçılıq yaratmaqdan daha çox soyuqqanlı, lakin ciddi qabaqlayıcı tədbirlərin alınacağını düşünürəm.
Virusun yayılmasının ABŞ iqtisadiyyatına təsiri və iqtisadi nəticələri ilə bağlı o, bir çox sahələrə ciddi təsir edəcək. Digər ölkələrin iqtisadiyyatlarına ciddi mənfi təsir edəcək bu virusun nəinki qızan, hətta qaynamaq dərəcəsinə çatan ABŞ iqtisadiyyatında nisbətən soyumaya səbəb olacağı ehtimal olunur ki, əslində ABŞ-ın buna ciddi ehtiyacı var idi"-deyə qeyd edib.