Koronovirusa görə hansı ölkə daha çox vəsait ayırıb ?-ÖLKƏLƏR VƏ MƏBLƏĞLƏR

Koronovirusa görə hansı ölkə daha çox vəsait ayırıb ?-ÖLKƏLƏR VƏ MƏBLƏĞLƏR

BİZNES
2,070

Böyük dövlətlər tərəfindən karonavirus səbəbindən sahibkarlarına və vətəndaşlarına dəymiş zərəri kompensasiya etmək üçün görülən tədbirlər :

ABŞ - 1,3 trilyon dollar ... Yardım paketi demək olar ki bir çox sfera üzrə 3 mərhələdə icra ediləcək. Bunların arasında vergi güzəştləri, vətəndaşlara 500 milyard dollar həcmində yardım, Aviasiya sektoruna (50 milyard)  və digər sektorlara güzəştli kreditlərin verilməsi, virusun müayinə və müalicə xərcləri, ödənişli əsaslarla xəstəlik məzuniyyətinə çıxılması,çətin vəziyyətdə olan insanlara qida yardımının edilməsi və bir çox digər güzəştlər mövcuddur

Almaniya - 614 milyard dollar ... Sahibkarlarına dəstək məqsədi ilə güzəştli şərtlər əsasında 614 milyard kreditin ayıracağlarını bəyan etdilər. Məlumat üçün bildirək ki, Almaniya 2008 ci ilin krizisində daha az 500 milyard həcmində kredit ayırmışdı
İngiltərə - 412 milyard dollar ... Dövlətin  bu yardım paketinə böyük şirkətlərin səhmlərini geri almaq, 2020 ci ildə turizm və xidmət sektorunu vergilərdən azad etmək, 700 min kiçik şirkətə 10 min sterlinq həcmində yardım etmək,ipotekada olan mənzillərin kreditini 3 aylıq ertələmək kimi güzəştlər daxildir

İspaniya - 200 milyard evro ...İspaniya hökuməti İqtisadiyyatını qorumaq üçün ölkə gəlirlərinin 20%-ə bərabər olan 200 milyardlıq yardım paketi açıqladı. Əlavə olaraq yaşlı və virusa yoluxan insanlara yardım üçün 600 milyonluq büdcə ayıracağını bəyan etdi

Fransa - 45 milyard evro ... Bu rəqəm müvəqqəti işdən çıxarılan işçilər üçün istifadə ediləcək və əlavə olaraq 300 milyard avro dəyərində güzəştli bank kreditləri veriləcək, vergi və sosial təminat fəaliyyətləri təxirə salınacaq

 İtaliya - 25 milyard evro ... Avropada ən yüksək borcu olan ölkələrindən biri İtaliya bu vəsaiti sahibkarları, ailələri və vətəndaşları qorumaq yönündə xərcləyəcəklərni bəyan edib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Koronovirusa görə hansı ölkə daha çox vəsait ayırıb ?-ÖLKƏLƏR VƏ MƏBLƏĞLƏR — Fins.az — Fins.az