
KOBİA: “Şərq bazarı” və “Bolmart” marketdə yer icarəyə götürülməklə sahibkarların məhsullarının satışına başlanılıb
2022-ci ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürülməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb.
"Fins.az"-ın məlumatına görə, agentliyin yaydığı məlumatda bildirilir ki,burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə digər ticarət şəbəkələri ilə də işlər aparılır, eyni zamanda bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir.