Kimlər 5 min manata qədər yardım ala bilər? - Açıqlama

Kimlər 5 min manata qədər yardım ala bilər? - Açıqlama

BİZNES
2,719

Vətəndaş VÖEN-lə işləyibsə və müəyyən ödənişləri olubsa, fərdi sahibkar kimi müraciət edib yardım əldə edə bilər.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov ATV-də yayımlanan verilişdə deyib.

Vüqar Bayramov bildirib ki, adında VÖEN olan vətəndaş 50 manatdan 5000 manata qədər yardım ala bilər:

“Lakin bunun üçün 2019-cu ildən vergi ödənişi etməsi lazımdır. Əgər vətəndaşın 2019-cu ildə ödənişi olmayıbsa, bu zaman müraciət hüququ da yox sayılır. Yəni VÖEN-dən istifadə etməmiş sayılır”.

Deputat qeyd edib ki, VÖEN-i bağlamaq çox sadə bir prosesdir:

“Lakin bunu vətəndaşlarımıza məsləhət görmürəm. Çünki pandemiya dövründə onlara işçi statusunun verilməsi zaman ala bilər. Vətəndaşların 2019-cu ildə hətta cüzi məbləğdə vergi ödənişi olubsa, müraciət edib 250 manat yardımdan istifadə edə bilərlər”.

(c)Axar

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kimlər 5 min manata qədər yardım ala bilər? - Açıqlama — Fins.az — Fins.az