“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq

BİZNES
758

Kiçik şirkətlərin və sahibkarların kiber müdafiəsi üçün hazırlanmış “Kaspersky Small
Office Security” həllini 1 sentyabr 2020-ci ilədək pulsuz quraşdırıb istifadə etmək olar .

Fins.az xəbər verir ki, bu addım, “Kaspersky” şirkəti bunu  mövcud çətin şəraitdə kiçik sahibkarlığa dəstək olmaq üçün həyata keçirib.
Bildilir ki, hələ özünütəcridetmə rejiminin tətbiqindən əvvəl, dünyada 50 nəfərə qədər işçisi olan 36% şirkətlər müştəri məlumat bazaları, gizli iş sənədləri və digər sənədlərdə sızmadan əziyyət çəkdiklərini bildiridilər. Bundan əlavə, kiçik və orta bizneslərdə ən çox sızma korporativ cihazların zərərli proqramla yoluxması nəticəsində baş verir (bu cür hallar 250 nəfərə qədər işçisi olan şirkətlərin 42% -də qeyd olunmuşdur), eləcə də,  işçilərin istifadə etdikləri şəxsi cihazlarına zərərli proqramların yüklənməsi ilə (kiçik şirkətlərdə respondentlərin 39% -i bunu təsdiqlədi). Biznesin rəqəmsal məkana keçməsi ilə əlaqədar olaraq bu rəqəmlər daha da arta bilər.
«Kaspersky» şirkəti hazırkı durumun mürəkkəbliyini nəzərə alaraq, kiçik şirkətlər üçün
“Kaspersky Small Office Security” qorunma həllinin xüsusi pulsuz versiyasını hazırlayıb.
Bu həll, “Mac” və ya “Windows” platformasında olan kompüterlərin, “Android” ilə işləyən
smartfon və ya planşetlərin, eyni zamanda bir serverin təhlükəsizliyini təmin edəcəkdir.
Bundan əlavə, kiçik təşkilatların işçiləri parol menecerindən istifadə edə biləcəklər.
“Kaspersky Small Office Security” İnternetdə maliyyə əməliyyatlarının təhlükəsiz
aparılmasına kömək edir, davamlı parollar yaradır və etibarlı şəkildə qoruyur, virus
hücumlarını bloklayır və bütün faylların avtomatik nüsxələnməsini yaradır. Proqramla
işləmək üçün sistem administratoruna ehtiyac yoxdur.
“Kiçik müəssisələrin təcrid şəraitində yaşamaları və sonra fəaliyyətlərini davam
etdirməsi üçün sahibkarlar öz biznes modellərini ciddi şəkildə yenidən nəzərdən
keçirməli və demək olar ki, tamamilə rəqəmsal məkana keçməlidirlər. Lakin, kiçik
təşkilatların infrastrukturu çox vaxt belə dəyişikliklərə hazır olmur. Biz, onların işini, heç
olmasa informasiya təhlükəsizliyi baxımından asanlaşdırmaq istəyirik", - bunu
“Kaspersky” şirkətinin kiçik və orta bizneslə iş üzrə şöbəsinin rəhbəri Timur Bigulov
deyib.
Lisenziyanı linkə daxil olub əldə etmək olar: //kas.pr/free-ksos .

Qeyd edək ki, bu imkandan aprel ayının 15-dən sentyabrın 1 kimi aktivdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq — Fins.az — Fins.az