
JPMorgan London City Aeroportunun təsdiqindən sonra Kanar Varfda ən hündür göydələn tikəcək
Fins.az - Amerika bankı JPMorgan Chase & Co., yaxınlıqdakı London City Hava Limanının rəhbərliyindən təsdiq aldıqdan sonra Londonun Canary Wharf biznes rayonunda Avropanın ən hündür ofis göydələnlərindən birini inşa edəcək. Bu barədə Financial Times mənbələrə istinadən məlumat verir.
Mənbələrin verdiyi məlumata görə, bank qərargahının yerləşəcəyi yeni qüllənin potensial hündürlüyü ilə bağlı hava limanı rəsmiləri ilə müzakirələr aparırdı və fevral ayında iki tərəf 265 metr hündürlük barədə razılığa gəliblər. Bu, 30 ildən çoxdur Canary Wharf-da ən hündür titulunu saxlayan One Canada Square-i (235 metr) üstələyəcək.