İxracla məşğul olan KOB-lar üçün onlayn təlim

İxracla məşğul olan KOB-lar üçün onlayn təlim

BİZNES
1,500

Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb 

Məlumata görə, tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.

Onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər: //bit.ly/31v2wnQ

Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İxracla məşğul olan KOB-lar üçün onlayn təlim — Fins.az — Fins.az