
İsveçrə ilə alternativ enerji sektorunda imkanlar müzakirə olunub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsveçrənin “Kromatix SA” şirkətinin baş direktoru, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvü Rafik Hanbali ilə görüşüb.
KOBİA-dan "Fins.az"-a bildirilib ki, görüşdə alternativ enerji sektorunda imkanlar, şirkətin texnologiyasının Azərbaycanda həyata keçirilən layihələrdə tətbiqi və bu sahədə yerli tərəfdaşların tapılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.