
İstanbul Hava Limanında Azərbaycan təbliğat layihəsi icra olunacaq
Dövlət Turizm Agentliyi İstanbul Hava Limanında təbliğat xarakterli məlumatların yerləşdirilməsi üzrə xidmət sifarişi həyata keçirib.
Fins.az xəbər verir ki, agentlik artıq bununla bağlı müvafiq işlərin icrasına start verib.
Məlumata əsasən, sözügedən layihənin icrası “Mediaport Reklamcılık Anonim Şirketi”nə həvalə olunub və tərəflər arasında müqavilə bağlanıb.
Müqaviləyə uyğun olaraq, Dövlət Turizm Agentliyinin İstanbul Hava Limanında təbliğat xarakterli məlumatlarının yerləşdirilməsi 1,4 milyon manata başa gələcək.