İşsizliyə görə müavinət kimlərə verilir?

İşsizliyə görə müavinət kimlərə verilir?

BİZNES
2,351

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı əsasında Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara birdəfəlik işsizlik müavinətinin verilməsi davam etdirilir.

Qərara əsasən, müavinətin məbləği minimum yaşayış məbləği həcmində -190 manat müəyyən edilib. Aprel və may aylarında həmin məbləğ işsiz vətəndaşlara ödəniləcək. Artıq işsiz statusu alaraq birdəfəlik müavinəti əldə etmək üçün işsiz şəxslər e-sosial.az saytında qeydiyyatdan keçməyə başlayıb.

Bəs işsiz şəxs anlayışı kimlərə aiddir? Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

Yaşa görə pensiya və ya müavinət alan şəxslər də dolayısı ilə işsiz kimi qeydiyyata alınmırlar. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 aprel 2020-ci il tarixli "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na görə, aşağıdakı şəxslərə 190 manatlıq müavinət verilmir:

  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
  • əmək pensiyaçılarına;
  • aylıq müavinət alanlara;
  • aylıq təqaüd alanlara;
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  • işsizlikdən sığorta ödənişi alanlara;
  • peşə hazırlığına görə təqaüd alanlara;
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
  • əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya aktiv əmək müqaviləsi bildirişi olanlara;
  • əri və ya arvadı göstərilən bu ödənişlərdən birini alan şəxslərə.

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İkinci ay üçün ödəmə təkrar yoxlama aparılmaqla status təsdiqləndikdən və ilk ödəmədən 30 gün keçdikdən sonra aparılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşsizliyə görə müavinət kimlərə verilir? — Fins.az — Fins.az