İşçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir-ORXAN MƏMMƏDOV

İşçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir-ORXAN MƏMMƏDOV 

BİZNES
444

İşçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir.

"Fins.az" xəbər verir ki,bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov  "Beynəlxalq Əczaçılar Günü"nə həsr olunmuş konfransda deyib. 

O bildirib ki, KOBİA dəstək olaraq bir çox sahələrlə yanaşı, tibb sektorunun bəzi yardımçı alt sahələrinin yaradılmasında da müsbət təcrübələrə sahibdir. Belə ki, KOBİA dövlət-özəl tərəfdaşlığı modeli əsasında “Gill Med” MMC ilə birlikdə Qobuda və Zəngilanda – Ağalı kəndində tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı ilə məşğul olan müəssisənin qurulmasına dəstək göstərmişdir. Müəssisədə tibbi heyət və xəstələr üçün üst geyim və uniformalar, steril cərrahi və stomatoloji dəstlər, tibbi maska, baxil o cümlədən, tibbi xalatlar, papaqlar, pasiyent geyimləri, həkim formaları, birdəfəlik kombinezonlar və bir sıra digər tibbi tekstil məhsulları istehsal edilir.  

Orxan Məmmədovun sözlərinə görə, bu layihə nəinki biznes, həmçinin, sosial yönümlü olduğundan müəssisədə çalışan işçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir.

KOBİA rəshbəri ölkəmizdə tibbi məhsullara ehtiyacın böyük olmasına toxunaraq "Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin iqtisadi sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əczaçılıq məhsullarının idxalına hər il orta hesabla 300 milyon ABŞ dolları həcmində vəsaitin xərcləndiyini nəzərə alsaq, əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axının azalmasına və yeni sərmayələrin cəlb edilməsinə də xidmət etmiş olacaqdır",-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir-ORXAN MƏMMƏDOV — Fins.az — Fins.az