İqtisadiyyat Nazirliyi vahid elektron baza yaradır-SƏBƏB

İqtisadiyyat Nazirliyi vahid elektron baza yaradır-SƏBƏB

BİZNES
839

Pandemiya səbəbindən yaranmış şəraitdə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya aidiyyəti qurumların çıxışının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron portalın yaradılması işləri davam etdirilir.

Fins.az xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildirilir ki, artıq 24 dövlət qurumu üzrə məlumatlar elektron bazaya daxil edilib

Qeyd olunur ki, "Elektron baza iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması imkanı yaradır".

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İqtisadiyyat Nazirliyi vahid elektron baza yaradır-SƏBƏB — Fins.az — Fins.az