
Intel səhmləri güclü hesabatdan sonra 20% bahalaşıb
Fins.az - ABŞ-ın texnologiya nəhəngi Intel şirkətinin səhmləri güclü maliyyə hesabatı və müsbət proqnoz fonunda 20 faiz artaraq 2000-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Şirkətin açıqladığı məlumata görə, 2026-cı ilin birinci rübündə gəlir illik müqayisədə 7 faiz artaraq 13,6 milyard dollar təşkil edib. Bu göstərici analitiklərin gözləntilərini üstələyib.
Bazar ekspertləri şirkətin gəlirini orta hesabla 12,4 milyard dollar səviyyəsində proqnozlaşdırırdılar. Intel-in ikinci rüb üçün açıqladığı nikbin proqnoz da investorların marağını artırıb.
Güclü nəticələr fonunda şirkətin səhmləri əlavə ticarət sessiyasında kəskin bahalaşıb və texnologiya sektorunda müsbət dinamika yaradıb.