Bu ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 milyard dollar olub

Bu ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 milyard dollar olub

BİZNES
309

Fins.az - 2026-cı ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, məhsullarını 81 ölkəyə ixrac edib, 122 ölkədən isə idxal edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində xarici ticarət dövriyyəsi 3,092 milyard ABŞ dolları, ticarət balansının müsbət saldosu isə 487,7 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin yanvar ayı ilə müqayisədə bəzi məhsullar üzrə idxalda artım qeydə alınıb. Belə ki, buğda idxalı 49,9%, bitki yağları 9%, avtobuslar 2,7 dəfə, qara metallardan borular 33,7%, polietilen isə 72,5% artıb.

Eyni zamanda, bir sıra məhsullar üzrə idxalda azalma müşahidə olunub. Belə ki, təzə meyvələrin idxalı 3,6%, kərə yağı və digər süd yağları 26,7%, dərman vasitələri 44,5%, poladdan rulonlar 15,4%, həmçinin hesablama maşınları, bloklar və qurğuların idxalı 22,2% azalıb.

Hesabat dövründə qeyri-xammal məhsulların ixracının dəyəri 268,4 milyon ABŞ dolları olub və bu, ümumi ixracın 15%-ni təşkil edib. Bu göstərici faktiki qiymətlərlə ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artsa da, real ifadədə 20,7% azalma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 milyard dollar olub — Fins.az — Fins.az