
Bu ilin ilk iki ayında büdcəyə daxilolmalar proqnozdan 2,7 % çox olub
2026-cı ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.
Fins.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az, proqnozdan isə 2,7 % çoxdur.
Daxilolmaların 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,2 % artım, proqnozdan isə 3,1 % çoxdur.
Xatırladaq ki, 2026-cı il üzrə Dövlət Vergi Xidməti tərəfindən büdcəyə 16,91 milyard manat vəsait köçürülməsi planlaşdırılır.
Fuad Mədətov
Fins.az