
Bu ilin I rübündə qeyri-neft gəlirləri artım göstərib
2026-cı ilin I rübündə dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları ümumi büdcə gəlirlərinin 57,7 faizini təşkil edərək 5 milyard 533,7 milyon manat olub.
Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8% artım deməkdir.
Məlumata əsasən, cari ilin yanvar–mart aylarında qeyri-neft-qaz sektorundan daxilolmaların 69,5%-i və ya 3 milyard 847,1 milyon manatı vergi orqanları tərəfindən təmin edilib. Gömrük orqanlarının payı 25,5% və ya 1 milyard 410,1 milyon manat təşkil edib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən 163,5 milyon manat (3,0%), sair daxilolmalardan 99,2 milyon manat (1,8%), dövlət əmlakının icarəyə verilməsindən isə 13,8 milyon manat (0,2%) daxil olub.