Bu ilin fevral ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Bu ilin fevral ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

BİZNES
382

Fins.az - Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7% artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,8%, qeyri-qida məhsulları üzrə 3,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7% təşkil edib.

Fevral ayında qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr və alkoqollu içkilər bahalaşıb. Qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm və soğan ucuzlaşıb.

Qeyri-qida məhsulları üzrə fevral ayında qiymətlər əvvəlki aya nisbətən 0,3% artıb. Əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatları bahalaşıb. Qış geyimləri, divar kağızları, plastik borular və kəsilmiş taxta ucuzlaşıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı fevral ayında 0,2% təşkil edib. Xüsusilə tibbi xidmətlər, mehmanxana və bərbərxana xidmətləri, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb.

Yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7%, son bir ayda isə 0,6% olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin fevral ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb — Fins.az — Fins.az