Bu il BTC vasitəsilə 30,943 milyon barel neft nəql edilib

Bu il BTC vasitəsilə 30,943 milyon barel neft nəql edilib

BİZNES
303

Bu ilin fevral ayında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəql olunub.

Fins.az BOTAŞ şirkətinə istinadən xəbər verir ki, 2025-ci ilin fevral göstəricisi 16,047 milyon barel olduğundan, nəql həcmi təxminən 7,7% azalıb.

2026-cı ilin yanvar–fevral aylarında BTC ilə Türkiyə ərazisindən ümumilikdə 30,943 milyon barel neft nəql edilib. Xatırladaq ki, 2025-ci ildə bu göstərici 206,434 milyon, 2024-cü ildə isə 224,142 milyon barel təşkil edib. Beləliklə, ötən il ilə müqayisədə nəql həcmi 7,9% azalıb.

BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il BTC vasitəsilə 30,943 milyon barel neft nəql edilib — Fins.az — Fins.az