Bu il Azərbaycanla xarici ölkələr arasında ticarət 6,264 milyard dollar olub

Bu il Azərbaycanla xarici ölkələr arasında ticarət 6,264 milyard dollar olub

BİZNES
252

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 2,640 milyard dollar və ya 29,6% azalıb. Hesabat dövründə ixrac 3,665 milyard dollar, idxal isə 2,599 milyard dollar təşkil edib. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1% azalıb, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə aşağı düşüb.

Yekunda xarici ticarət əməliyyatlarında 1,066 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycanla xarici ölkələr arasında ticarət 6,264 milyard dollar olub — Fins.az — Fins.az