Bu il Azərbaycandan Rumıniyaya neft ixracı 140,7 milyon dollar olub

Bu il Azərbaycandan Rumıniyaya neft ixracı 140,7 milyon dollar olub

BİZNES
190

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya 286,3 min ton xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri 140,7 milyon ABŞ dolları təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Rumıniyaya təxminən 286,5 min ton neft və neft məhsulları ixrac olunmuş və bunun dəyəri 164 milyon ABŞ dolları təşkil etmişdi.

Cari ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 23,3 milyon ABŞ dolları və ya 14,2% azalıb, həcm baxımından isə 200 tondan çox və ya 0,1% azalma qeydə alınıb.

Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında ikinci yerdə qərarlaşıb.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 6,264 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% azdır.

Xarici ticarətin strukturunda 3,665 milyard dollar ixracın, 2,599 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da əvvəlki illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycandan Rumıniyaya neft ixracı 140,7 milyon dollar olub — Fins.az — Fins.az