
Bu il Azərbaycandan İndoneziyaya 17,9 milyon dollar dəyərində neft ixrac edilib
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İndoneziyaya 17,9 milyon ABŞ dolları dəyərində 38,6 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü üçün İndoneziyaya neft ixracına dair məlumatlar açıqlanmayıb.
Eyni zamanda, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Ümumilikdə, xarici ticarət əməliyyatlarının 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Beləliklə, xarici ticarət balansı ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.